9 Fevral 2023 21:58
1 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Ruben Vardanyan vasitəsilə Azərbaycan ərazisində - Qarabağda həyata keçirmək istədiyi separatçı proje fiaskoya uğradı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Vardanyan Moskvadan ona verilən tapşırıqları istənildiyi kimi yerinə yetirə bilməyib:

“Vardanyanı Xankəndiyə Moskva göndərmişdi. Məqsəd Qarabağdakı erməni icması ilə Bakı arasında yaranmağa başlayan dialoqun qarşısını almaq, bu minvalla ərazilərimizdə separatizmin qalmasına zəmin yaratmaq idi. Amma Vardayanın gələn kimi üz tutduğu “döyüşkən ritorika”sı və boğazdan yuxarı verdiyi vədlər sabun köpüyü kimi partlayıb yoxa çıxdı. Özünü “qladiator” kimi göstərməyə çalışan bu adam sonda gəldiyi yerə rus hərbçilərinin yüklərinin arasında gizlənərək qaçdı.

Dediyim kimi, onun Xankəndindəki missiyası separatizmi saxlamaq, ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaq idi. Amma bu fəallığı ermənilərin etirazı ilə nəticələndi. Azərbaycanın tətbiq etdiyi “yumşaq güc” sərtləşməyə başladıqda isə arxasına baxmadan qaçdı”.

Məhəmməd Əsədullazadə hesab edir ki, bundan sonra Qarabağın dağlıq hissəsində qalan qanunsuz silahlı birləşmələr və ya separatçılar tərksilah edilməsə, Azərbaycan ordusu yeni antiterror əməliyyatı keçirməli olacaq:

“Bundan sonra Qarabağda separtizmi qoruyub-saxlamaq asan olmayacaq. İndi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri bu ərazilər prosesin sonrakı mərhələlərində Azərbaycanın nəzarətinə keçəcək. Bir sözlə, Moskvanın növbəti separatçı planının qarşısı alındı, “Vardayan kartı” fiaskoya uğradı. Bununla həm də erməni separtizminin yenidən baş qaldırmasının önünə keçildi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər