Ermənistana səfər edən Avropa Parlamentinin fransalı üzvü Fransua-Ksavye Bellami İrəvanda Qarabağ separatçıları ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə separatçı Artak Beqlaryan məlumat verib.
Görüşdə Beqlaryan və digər separatçı Qeqam Stepanyanla yanaşı, Ermənistan xarici işlər nazirinin müavini Feliks Xaçaturyan da iştirak edib.
Fransalı deputat görüşdüyü şəxslərlə separatçıların qondarma bayrağının önündə foto çəkdirib.
Bellaimi Avropa Parlamentində dəfələrlə Azərbaycan ərazilərində separatizmə açıq dəstək dəstək verib, ölkəmizin əleyhinə təxribatçı çıxışlar edib.