15 Fevral 2023 14:30
1 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada erməni həmkarı Ararat Mirzoyanla görüşündən sonra Cənubi Qafqazda münasibətlərin normallaşması prosesinin davam etdiyini deyib.

Teleqraf.com xəbər verir ki, nazir görüşdə Ermənistan-Azərbaycan sülh müqaviləsinin müzakirə edildiyini də açıqlayıb.

“İnanırıq ki, bu gün humanitar sahədə əməkdaşlığımız bu prosesə dəstək olacaq. Ermənistan, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması prosesində əldə olunacaq irəliləyişlər regionumuzda sülh və rifahı təmin edəcək”, - Çavuşoğlu bildirib.

Türkiyə xarici işlər naziri əlavə edib:

“Həmkarım Ararat Mirzoyanla Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesində atılacaq addımlar barədə danışdıq və ondan Ermənistanla Azərbaycan arasında hərtərəfli sülh danışıqları haqqında da məlumat aldıq. Xüsusilə demək istəyirəm ki, bu üç ölkə səmimi addımlar atsa, Cənubi Qafqazda daimi sülh bərqərar edəcəyik, bu regionda sülh iqtisadi tərəqqi üçün son dərəcə vacibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər