26 Dekabr 2014 09:34
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən dərman şirkətlərində yoxlamalar başlanır.

Axar.az məlumat verir ki, ölkəyə gətirilən dərmanların keyfiyyəti, tərkibi və qiyməti ciddi şəkildə yoxlanılacaq.

Əldə etdiyimiz məlumata görə, bir müddət öncə millət vəkili Vahid Əhmədovun Azərbaycanda satılan dərmanların monopoliyada olduğunu deməsi, dərmanların daxili bazarda müxtəlif qiymətlərə satılmasından gileylənməsi aidiyyəti qurumları hərəkətə gətirib. Millət vəkili açıq-aşkar dərman məhsullarına nəzarət olunduğunu, azad rəqabətin olmamasını dilə gətirmişdi:

“Biz bilirik ki, ölkədə dərman bazarı monopoliyadadır. Bunu heç kim gizlətməsin. İstənilən sahibkar gedib Türkiyədən Azərbaycana dərman gətirə bilməz”.

Vurğulayaq ki, “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilməsi də gündəmdədir.

Bu sahədə azad rəqabətin yaradılması, qiymətlərə nəzarət, dərman məhsullarının satışı ilə məşğul olan şirkətlərə sistemli şəkildə audit yoxlamalarının təşkili müzakirə olunan məsələlər sırasındadır.


Müəllif:

Oxşar xəbərlər