Bu günə qədər 88 ölkədən olan xilasedicilər Türkiyəyə zəlzələlərdən sonra axtarış-xilasetmə işlərində iştirak edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, missiyasını başa vurduqdan sonra 23 ölkədən olan xilasedicilər ölkədən ayrılıb, 65 ölkəni təmsil edən mütəxəssislər isə hələ də zəlzələ bölgəsindədir.
O, Türkiyənin yaşadığı fəlakətlə əlaqədar yardım təklif edən ölkələrin sayının 102 olduğunu bildirib. M.Çavuşoğlu qeyd edib ki, onlardan 88 nəfər xilasedici bilavasitə Türkiyədə həyata keçirilən axtarış-xilasetmə əməliyyatlarında iştirak edib.