21 Fevral 2023 12:40
5 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngəzur dəhlizinin açılmasını təkcə Azərbaycan və Türkiyə yox, Rusiya da istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Davit Şahnazaryan deyib.

“Bu gün Rusiya ilə münasibətləri süni surətdə pisləşdirmək lazım deyil, amma başa düşmək lazımdır ki, Rusiya bu gün Türkiyə və Azərbaycanın müttəfiqidir. Bu üç ölkənin eyni məqsədi var: dəhlizlər”, - siyasətçi bildirib.

Şahnazaryan Rusiya-Ermənistan əlaqələrinin kifayət qədər gərginləşdiyini, artıq Moskvadan ölkəsinə yönəlik hədələrin açıq formada dilə gətirildiyini söyləyib:

“Bu yaxınlarda gördünüz ki, bir Rusiya rəsmisi (spiker Vyaçeslav Volodin) bizi hədələdi ki, dövləti itirə bilərsiniz”.

ATƏT-in Minsk qrupuna gəldikdə, Şahnazaryan deyib ki, Azərbaycandan sonra Ermənistan da bu formatdan imtina edib:

“Həm Azərbaycan, həm də Türkiyə həmişə bu formatın əleyhinə olub. Sonradan Ermənistanın indiki hakimiyyəti də belə etdi. Müharibədən sonra Əliyevlə (Azərbaycan Prezidenti İlham Əliyev) çoxsaylı görüşlər keçirildi, amma bunların heç biri Minsk qrupu çərçivəsində olmayıb. Daha sonra Rusiya rəsmi olaraq Minsk qrupuna qarşı olduğunu açıqladı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər