21 Fevral 2023 18:57
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin zəlzələdən zərər çəkən bölgələrində 70 minə yaxın ev tikiləcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsi olan Osmaniyəyə səfəri zamanı bildirib.

"Şəhərlərimizi bir il ərzində yenidən dirçəldəcəyik. Ümumilikdə, 70 min kənd tipli evlə 200 min yaşayış məskənini mart ayının sonunadək vətəndaşlarımıza təhvil verməyi planlayırıq," - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 42 min 310 nəfərə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər