22 Fevral 2023 22:22
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Birliyinin (AB) müşahidə missiyası ona görə bura gəlib ki, Ermənistan-Azərbaycan dialoqu müsbət istiqamətdə getsin”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan deyib.

Onun sözlərinə görə, AB-nin məqsədi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqdır.

“Hakim siyasi qanad iddia edir ki, avropalı müşahidəçilərinin burada olması bölgəyə sabitlik gətirəcək. Əslində, bu adamlar Avropa Şurasının rəsmi saytında yerləşdirilmiş məqsədlərin siyahısını, Ermənistana nə üçün gəldiklərini oxumayıblar. Mən müşahidəçilərin nə üçün burada olduqlarını sizə demək istəyirəm. Onlar buradadırlar ki, Ermənistan-Azərbaycan dialoqu müsbət istiqamətdə getsin”, - Akopyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər