25 Fevral 2023 23:57
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır".

Teleqraf.com xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tviter hesabındakı paylaşımında yer alıb.

Qeyd olunur ki, Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik.

Məlumat üçün bildirək ki, 26 fevral Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür - Xocalı soyqırımından 31 il ötür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər