23 Mart 2023 02:33
3 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken hesab edir ki, Azərbaycan və Ermənistan tezliklə sülhlə bağlı razılığa gələ bilərlər.

Teleqraf.com xəbər verir ki, o, Konqres Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edərək bunu təsdiqləyib.

"Hesab edirəm ki, bir fürsət var, onu şişirtmək istəmirəm, lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən bir fürsət var", - deyə Blinken vurğulayıb.


Müəllif: Teleqraf.com