Azərbaycanın Laçın rayonu istiqamətində atəşkəsi pozan Ermənistan ordusunun itkiləri var.
Teleqraf.com xəbər verir ki, atışma nəticəsində erməni tərəfi 3 itki verib, çoxlu sayda yaralılar var.
İlkin məlumata görə, hazırda əməliyyat olunan yaralılar arasında Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyan da var.
“Hraparak”ın iddiasına görə, itkilərin sayı arta bilər, çünki erməni tərəfi hələ də yaralıları döyüş ərazisindən çıxara bilməyib.
Erməni Teleqram kanalları 10-a yaxın hərbçilərinin öldüyünü yazırlar.
İtkilərinin olduğunu Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.