12 Aprel 2023 17:43
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olan hərbi qulluqçu baş leytenant Hüseynov Kamran Namiz oğlunun 40 mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, şəhidin 40 mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiribər.

Qeyd edək ki, şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olub və xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olub.

Şəhid Hüseynov Kamran Namiz oğlu 4 mart 2023-cü il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər