13 Aprel 2023 13:44
7 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Ermənistanla hərbi əməkdaşlıq etmək istəyir, Paşinyan hökuməti isə hələ də Tehranın bu istiqamətdə olan bəyanatlarına adekvat cavab verməyib”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Qarnik Davtyan deyib.

Ekspert 44 günlük müharibədən sonra da məğlubiyyətlərini sıralayan Ermənistanın Azərbaycadan gələn tələb və şərtləri qəbul etməkdən başqa yolunun qalmadığını bildirib.

“Son iki ildə müxtəlif vaxtlarda müxtəlif istiqamətlərdə irəliləyişlər (Azərbaycan ordusunun) müşahidə olunub. Şərti sərhəd bölgəsindəki kənd icmalarının sakinləri hər dəfə bir neçə yüz metr aralıda Azərbaycan hərbçilərini görəndə təəccüblənirlər. Yalnız bu gəlişmə fakta çevrildikdən sonra rəsmi açıqlamalar verilir ki, onların gəldiyini bilirik. Bununla məlum olur ki, bu, ifahi razılaşmaların nəticəsidir”, - Davtyan söyləyib.

O, bu səbəbdən Ermənistan rəhbərliyinin baş verənləri sakit qarşıladığını iddia edib.

Ekspert Azərbaycanın şərti sərhəddə əlverişli mövqe üstünlüyünə malik olduğunu vurğulayıb. Davtyan qeyd edib ki, mümkün hərbi qarşıdurma zamanı bu üstünlüyü Azərbaycanın işinə yarayacaq.

Qarnik Davtyan İranın Azərbaycana Ermənistana hərbi dəstək və yardım təklifi verdiyini də deyib:

“İndiyədək İranla heç bir hərbi əməkdaşlıq olmayıb. Söhbət, məsələn, “əzələ nümayişi” və ya hərbi təlimlərdən gedir. İranın hərbi sahədə əməkdaşlıqla bağlı müxtəlif bəyanatları var. Amma Ermənistan tərəfindən bu yöndə rəsmi səviyyədə hər hansı aktivləşmə görməmişəm, İranla Ermənistanın yaxınlaşmasına dəlalət edən hər hansı bir fəallıq yoxdur.

Səbəb göstərə bilərlər, deyə bilərlər ki, bu, məxfi məlumatdır, amma buna inanmıram”.

Ekspert Nikol Paşinyan hökumətinin İranın təklif və istəklərinə qarşı ehtiyatlı yanaşdığını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər