27 Aprel 2023 01:09
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi, hərbi liderlərinə və o zamankı Azərbaycan rəsmilərinə qarşı sui-qəsdləri törədənlərə həsr olunmuş “Nemezis abidəsi”nin açılmasını qətiyyətlə pisləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bu hadisənin erməni mətbuatında təqdim olunması da onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsiri bəzi düşüncələrdə hələ də davam edir”, - deyə bildirilib.

Qeyd olunub ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər