29 Aprel 2023 18:15
2 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, festival sahəsini tərk edərkən iki lider “CNN Türk”ün xüsusi xəbər rəhbəri Fulya Öztürkün suallarını cavablandırıb.

Müsahibə zamanı maraqlı anlar yaşanıb.

Türkiyə lideri Fulyaya, “Bunu namizəd edəcəkdim, aradan itdi. Bir az çalış. Bu, tamamilə millidir”, - deyə zarafat edib.

Prezident İlham Əliyev isə, “O, ikinci Qarabağ müharibəsində ən təhlükəli yerlərə getdi. Bizimlə ağladı, bizimlə sevindi, bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır”, - deyib.

***

Fulya Öztürk: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev hazırda “Togg” avtomobilindədirlər. “Togg”u idarə etmək necə hissdir?

Prezident İlham Əliyev: Gözəl, çox gözəl.

Prezident Rəcəb Tayyib Ərdoğan: Bu qızı tanıyırsan?

Prezident İlham Əliyev: Təbii ki, tanıyırıq. Bu, bizim qızdır. İkinci Qarabağ savaşında ən təhlükəli yerlərə gedən jurnalistdir. Bizimlə kədərləndi, bizimlə sevindi, Qələbəni də bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır.

Əminə Ərdoğan: Maşallah, qəhrəmandır.

Prezident Rəcəb Tayyib Ərdoğan: Əsl vətənpərvərdir.

Fulya Öztürk: Biz qardaşıq.

Prezident İlham Əliyev: Bəli.

Fulya Öztürk: Cənab Prezident, necəsiniz? Sağlamlığınız necədir?

Prezident Rəcəb Tayyib Ərdoğan: Şükür olsun, çox yaxşıyam.

Prezident İlham Əliyev: Maşallah, hər kəsdən daha gözəl, cavan, gənc.

Fulya Öztürk: Cənab Prezident, Sizi yaxşı gördük, maşallah.

Prezident Rəcəb Tayyib Ərdoğan: Sağ ol.

Fulya Öztürk: Çox təşəkkür edirəm, yolunuz açıq olsun.

Prezident İlham Əliyev: Sağ ol.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər