30 Aprel 2023 14:23
11 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistandakı anklavları (Qazaxın 7, Naxçıvanın 1 kəndi) yeni anlaşma çərçivəsində qaytarıla bilər.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Avetik İşxanyan deyib.

Onun fikrincə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla sülh üçün yol xəritəsini razılaşdırmaq üçün ABŞ-a gedib.

İşxanyanın iddiasına görə, bu razılaşma ilə Ermənistan Qarabağa separatçı iddiadan imtina edəcək, anklavları Azərbaycana qaytaracaq. Ekspert bu çərçivədə Zəngəzur dəhlizinin açılmasının razılaşdırılmasının mümkünlüyünə də diqqət çəkib. O, bunu “Ermənistanın Zəngəzurdan imtinası” adlandırıb.

“Bundan əlavə, Azərbaycanın 2021-2023-cü illərdə möhkəmləndiyi mövqelərdəki silahlı qüvvələrini geri çəkməyəcəyi aydındır”, - İşxanyan əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər