Bu gün Ermənistan parlamentinin növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, sessiyanın əvvəlində “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan vitse-spiker Ruben Rubinyanın niyə ABŞ-da Ermənistan-Azərbaycan danışıqlarında iştirak etməsi ilə bağlı sual qaldırıb.
Onun sözlərinə görə, Türkiyə ilə danışıqlara rəhbərlik edən Rubinyanın Azərbaycanla danışıqlarda iştirakı, Ermənistanın Türkiyə və Azərbaycanla ayrı-ayrılıqda apardığı müzakirələri mürəkkəbləşdirir.
Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Babken Tunyan Manukyana belə cavab verib:
“Sabah Qara dəniz (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı) nümayəndə heyətinin üzvləri Türkiyənin Ankara şəhərinə yola düşür, burada bizi kifayət qədər mürəkkəb gündəm gözləyir. Siz də həmin nümayəndə heyətinin üzvüsünüz. Ruben Rubinyanın niyə getdiyini soruşursunuz, mən də soruşuram: bəs siz niyə getmirsiniz? Çox yaxşı forumdur, gedərdiniz, bütün qayğılarınızı qaldırardınız, problemlər çoxdur, bizim nöqteyi-nəzərimizi irəli aparmağa kömək edərdiniz. Bu, birbaşa sizin məsuliyyətlərinizlə bağlıdır”.