Politoloq İlqar Vəlizadə sosial media hesabında Ulu öndər Heydər Əliyevlə bağlı nadir foto paylaşıb.
Teleqraf.com xəbər verir ki, fotoda ulu öndərin həyat yoldaşı Zərifə Əliyevə və digər önəmli tarixi şəxsiyyətlər yer alıb.
Politoloq qeyd edir:
“Bu ailə arxivimizdən olan nadir bir fotodur.
1980-ci ildə dahi bəstəkar Fikrət Əmirovun dünya şöhrətli “1001 gecə” baletinin premyerası keçirilmişdi. Premyera o vaxtkı SSRİ səviyyəsində mühüm mədəniyyət hadisəsi sayılırdı.
Fotoda soldan sağa: SSRİ mədəniyyət naziri Pyotr Demiçev, Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev, həyat yoldaşı, akademik Zərifə Əliyeva, Azərbaycan SSR mədəniyyət naziri Zakir Bağırov, SSRİ xalq Artisti, bəstəkar Fikrət Əmirov, Azərbaycan SSR əməkdar incəsənət xadimi, baletmeyster və xoreoqraf Nailə Nəzirova, ən sağda SSRİ xalq artisti Toğrul Nərimanbəyov”.