12 May 2023 13:40
6 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki separatçı rejimin keçmiş nümayəndəsi Senor Hasratyan erməniləri “dilənçi” adlandırıb.

Teleqraf.com xəbər verir ki, separatçı Rusiya sülhməramlılarını da hədəfə alıb.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları bölgədə sabitliyi bərpa etmək gücündə deyil.

Hasratyan çıxışında boyundan yuxarı da tullanmağa cəhd göstərərək, Azərbaycan ordusu ilə döyüşməli olduqlarını da dilə gətirib:

“Azərbaycan-Ermənistan silahlı qarşıdurmasının həllinin açarı bəzi sülhsevərlərin düşündüyü kimi Vaşinqtonda, Brüsseldə və ya Moskvada deyil, səngərlərdədir. Sülhməramlı qüvvələrin, KTMT və ya Avropa İttifaqı müşahidəçilərinin regionda rolunun nə olduğunu ən yaxşı şəkildə Fərruxda, Texdə və hazırda Zodda baş verən hadisələr göstərir. Dünya dilənçiyə deyil, sülhü təmin edənə hörmət edir”, - separatçı bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər