15 May 2023 11:40
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Kolomina Azərbaycan, Ermənistan və Avropa Şurası liderlərinin üçtərəfli görüşünə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, NATO-nun bölgədə sülhün təmin olunmasında maraqlı olduğunu deyib.

“Ötən həftə xarici işlər nazirlərinin Vaşinqtonda apardığı danışıqlardan sonra İlham Əliyev və Nikol Paşinyan mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti tərəfindən qəbul edilib. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”, - Kolomina bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər