2015-ci ilin ilk iş günü Bakıda tıxacsız ötüşməyib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesi, Avtovağzalın qarşısında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Səməd Vurğun küçəsində də asfaltlanma işləri aparıldığından nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Badamdar şosesi – M. Müşfiq küçəsindən “Kempinski” otelin qarşısında tıxac var. Həmin hissədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmir işləri aparılır.
Bundan əlavə, bu gün hissə-hissə təmir olunan Atatürk prospektinin bir hissəsi istifadəyə verilib. Bu Teymur Əliyev və Kral Hüseyn küçələrinin kəsişməsidir.
Sürücülərə sıxlıq olan ərazilərdə alternativ yollardan istifadə etmək tövsiyə olunur.