Türkiyə prezidenti Rəcəb Ərdoğan iyunun 3-də andiçmə mərasiminə qatılan dövlət və hökumət başçılarının adlarını çəkərkən Ermənistanın baş naziri Nikol Paşinyanın adı üzərindən sükutla keçib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan bir sıra ölkələrin, o cümlədən Azərbaycan, Bolqarıstan, Venesuela, Qazaxıstan, Qırğızıstan, Pakistan və Özbəkistanın, NATO-nun baş katibi Yens Stoltenberqin prezidentlərinə və hökumət başçılarına təşəkkür edib və onları salamlayıb.
Köməkçiləri Ərdoğana yaxınlaşaraq mərasimdə iştirak edən digər nüfuzlu şəxslərin adlarını ona xatırladıblar.
Bundan sonra Ərdoğan bəzi siyasi xadimlərə, eləcə də prezidentliyə keçmiş namizəd Sinan Oğana təşəkkürünü bildirib.
Maraqlıdır ki, Ərdoğan ikinci çıxışında da Paşinyanın adını çəkməyib.
Erməni mətbuatı yazır ki, inauqrasiya mərasimində İlham Əliyev və xanımı öndə, Paşinyan isə arxa cərgədə əyləşdirilib. Ərdoğan İlham Əliyevlə öpüşüb görüşdüyü halda, Paşinyanın sadəcə əlini sıxıb.