Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Səfər çərçivəsində baş tutacaq görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini daha da yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Ərdoğan Prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.