7 Yanvar 2015 10:42
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mətbuatda idarənin rəis müavini, polis general-mayoru Həsən Şirinov haqqında yayılan məlumatlara aydınlıq gətirib.

İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son günlər internet və çap mediada BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız məlumatlar yayılıb:

“Rəsmən bildiririk ki, bu xəbərlər həqiqətə uyğun deyil. Polis general-mayoru Həsən Şirinov hazırda baş idarənin rəis müavini vəzifəsindədir və xidmətini davam etdirir”.


Müəllif:

Oxşar xəbərlər