Xankəndidəki qondarma qurumun başçısı Araik Arutyunyanın təşəbbüsü separatçılar arasında təşvişə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Erməni nəşri baş separatçının qondarma rejimi ləğv etməyə hazırlaşdığı ehtimalını gündəmə gətirib.
“Araik Arutyunyan son həftələrdə müxtəlif “dairələr”lə fəal görüşlər keçirir. O, öz damı altında “siyasətçilər”dən tutmuş müharibədə ölən hərbçilərin valideynlərinə, “ziyalılar”a və başqalarına qədər qəbul edir. Mənbələrimiz bildirirlər ki, Arutyunyanın bu təşəbbüsü Qarabağda (separatçılar arasında) çaxnaşma atmosferi yaradıb. Çünki Arutyunyan mövcud durum haqda kifayət qədər tünd (bədbin) danışır. Gələcək isə daha da qeyri-müəyyəndir, Qarabağda qalmaq çoxları üçün mənasız olur”, - məlumatda deyilir.
Azərbaycan Prezidenti İlham Əliyev ötən günlərdə separatçı rejimdən özünü buraxmağı və təslim olmağı tələb edib. Azərbaycan lideri təslim olacaqları təqdirdə onlara amnistiya tətbiq oluna biləcəyini söyləyib. Bundan sonra separatçılar arasında və Ermənistanda qondarma qurumun ləğvi məsələsi aktiv müzakirə olunur.