“GTB Steel” şirkətinin təsisçiləri Yerasx (Arazdəyən) kəndində tikilməkdə olan dəmirəritmə zavodunun ərazisində Ermənistan və ABŞ bayraqlarının yerləşdirilməsi barədə qərar qəbul ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Bayraq qaldırma mərasimi sabah baş tutacaq.
Ermənilər son bir neçə gündə Naxçıvanla sərhəddə yerləşən Arazdəyən kəndi istiqamətində Azərbaycanın mövqelərinə qarşı təxribat törədiblər. Onların bu cəhdi ABŞ-ı Azərbaycana qarşı törətdikləri təxribata şərik etmək cəhdi kimi qiymətləndirilir. Eyni zamanda, Arazdəyən Azərbaycana qaytarılmalı olan anklav kəndi Kərkiyə gedən yolun üzərində yerləşir.
Mütəxəssislər Araz çayı yaxınlığında inşa edilən zavodun bölgədə ekoloji fəlakətə yol açacağı barədə xəbərdarlıq edirlər.