"4 günlük iş rejimi araşdırılmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz".
Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində deyib.
Nazir müavini qeyd edib ki, 4 günlük iş rejiminin tətbiqi ilə bağlı səslənən fikir və real niyyət fərqlidir:
"Səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Yəni bu məsələ ikitərəflidir. Bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirsə də, 4 günlük iş rejimi araşdırılmalıdır. Bunu təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz. Üstəlik, bu məsələ ölkədən ölkəyə fərqlənə bilər".