26 İyun 2023 19:39
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq üçüncü ildir ki, Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edir. Bu qələbənin memarı Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusudur. Ordumuzun hər zaman daha da gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Möhkəm maddi-texniki baza güclü ordu üçün əsas şərtlərdən biridir və hər zaman Azərbaycanda prioritet olaraq qalmaqdadır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bu il Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha gücləndirilməsi üçün dövlət büdcəsində 6 milyard 54 milyon manat vəsait nəzərdə tutulub: “2023-cü ilin dövlət büdcəsi dürüstləşdirilən zaman bu istiqamətə əlavə 1 milyard 105 milyon manat vəsait ayrıldı. Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumu dövlət büdcəsinin xərclərinin 56 faizindən çoxdur. Savaş başa çatsa da və münaqişə həll olunsa da, hələ də sülh müqaviləsinin imzalanmaması regiondakı stabilliyin kövrək olmasından xəbər verir. Bu isə müdafiə qabiliyyətinin hər zaman daha da gücləndirilməsini tələb edir. Regionda sülhün qarantı da məhz güclü Azərbaycan ordusudur.

Bir daha ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Silahlı Qüvvələr Gününüz Mübarək!”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər