26 İyun 2023 13:18
12 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan 44 günlük müharibədən sonra xüsusi təyinatlı qüvvələrinin sayını dəfələrlə artırıb".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan xüsusi təyinatlı hissələrinin sayını iki dəfə artırıb. Azərbaycan hərbi hissələri NATO standartlarına uyğun olaraq yenidən təşkil edir, döyüşün aparılması üçün yeni standartlar müəyyən olunur.

Müxtəlif açıq mənbələrdən əldə edilən məlumatlar, komandoların təlimi və formalaşan yeni hərbi hissələrin araşdırılması göstərir ki, Türkiyə ilə birgə təlimlərdə 18-20 min hərbçi iştirak edib. Eyni zamanda, bura daxil olmayan xeyli sayda hərbçi də Azərbaycanın və digər ölkələrin hərbi hazırlıq müəssisələrində təhsil və təlim proqramları keçir”, - deputat bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər