“Ermənistanla Azərbaycan arasında əsas məsələlərdə hələ də fikir ayrılıqları var”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
“Ermənistanın mövqeyinə gəlincə, sülh müqaviləsinin mətni elə olmalıdır ki, bu, bizim maraqlarımıza uyğun və onu imzalamaq mümkün olsun. Proses asan deyil, mürəkkəbdir, fikir ayrılıqları olan məsələlər var. Ancaq elə məsələlər var ki, onlar üzrə artıq razılaşmalar mövcuddur”, - Rubinyan bildirib.
Vitse-spiker əlavə edib:
“Əsas məsələlərdə hələ də fikir ayrılıqları var, gözlənti budur ki, mövqeləri daha bir neçə addımla yaxınlaşdırmaq mümkün olacaq”.