27 İyun 2023 00:17
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın tanınmış "Forbes" jurnalı Ruben Vardanyanı Ermənistan və Azərbaycan arasında davamlı sülhün qarşısını alan lider adlandırıb.

Teleqraf.com-un məlumatına görə, məqalədə vurğulanır ki, Vardanyan saxlanılaraq Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

"Mayın 28-də Vardanyan özünün rusdilli Teleqram kanalında bildirib ki, separatçılar "Azərbaycanla heç bir müqavilə imzalamamalıdırlar. Vardanyan bir müddətdir ki, separatçılarla əlaqə saxlayır. Vardanyan özünün "Twitter" səhifəsində "insan haqları məsələləri ilə bağlı yazır və regionu Ermənistanla birləşdirən yolun qondarma “blokadası”ndan danışır”, - jurnalda qeyd olunur.

Bildirilir ki, Moskvadan Azərbaycanın Qarabağ bölgəsinə “ixrac edilən” kriminal oliqarx, vaxtilə separatçıların qondarma “dövlət naziri” olmuş Vardanyan çox güman ki, fərdi sanksiyalar riskinin qarşısını almaq üçün öz “vəzifəsini” tərk edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər