27 İyun 2023 12:46
5 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2019-cu il dekabrın əvvəlində Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurası keçirilmişdi, Azərbaycan burada Qarabağ probleminin həllinə Azərbaycanın yanaşmalarına dair sənədi dövriyyəyə buraxdı. Azərbaycan hesab edirdi ki, əvvəlcə Qarabağ münaqişəsinin ən ağır nəticələri aradan qaldırılmalı, sonra qalan məsələlər həll olunmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran İstintaq Komissiyasının iclasında bildirib.

“Bu o demək idi ki, Ermənistan əraziləri qaytarmalı, qaçqınlar öz evlərinə qayıtmalı, ondan sonra qalan məsələlər müzakirə olunmalıdır”, - baş nazir bildirib.

Paşinyan o zaman müzakirə olunan Madrid Prinsiplərinin üç prinsipindən birinin ərazi bütövlüyü ilə bağlı olduğunu xatırladıb.

“Madrid Prinsiplərinin üç prinsipi ərazi bütövlüyü, güc tətbiq etməmək və ya güclə hədələməmək və xalqların öz müqəddəratını təyin etməklə bağlıydı. Buna görə, Dağlıq Qarabağın statusu gələcəkdə keçiriləcək referendumla müəyyən ediləcək və bu referendum hüquqi qüvvəyə malik olacaq, Dağlıq Qarabağ aralıq dövrdə özünüidarə üçün müvəqqəti status alacaq, ərazilər və qaçqınlar geri qaytarılacaq. Hər şey normal görünür, amma burada vacib olan hansının növbəti olmasıdır”.

Onun sözlərinə görə, bütün bunların hamısı ssenariydi, reallıqdan uzaqdı.

“Bütün problem budur. 2019-cu ildən etibarən mən bu komponentlərin bizim anlayışımıza 180 dərəcə tərs olduğunu gördüm”, - Paşinyan əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər