“Müharibədən qaçmaq üçün Qarabağ məsələsinin həlli ilə bağlı erməni baxışından imtina etmək lazım idi.”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran İstintaq Komissiyasının iclasında bildirib.
Onun fikrincə, Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı ciddi fikir ayrılıqları müharibə üçün zəmin yaradıb:
“Müharibənin kəsişmə nöqtələrindən biri Laçın dəhlizi ilə bağlı Kazanda düzəliş olunmayan, sonradan daha az əl gəzdirilmiş düzəlişlər idi. Müharibənin növbəti kəsişməsi Qarabağın erməni və azərbaycanlı icmalarının cəlb edilməsi prosesiydi, belə demək mümkünsə, növbəti yol ayrıcında sülh müqaviləsinin tam formalaşdırılması və demokratikləşdirilməsi prosesi gedirdi. Yəni mən demirəm ki, müharibədən qaçmaq üçün nəzəri imkan yox idi, amma bunun üçün Qarabağ məsələsinin həlli ilə bağlı erməni baxışından imtina etmək lazım idi”.