27 İyun 2023 20:03
3 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında danışıqlar marafonu başlayıb, üç gün davam edəcək müzakirələrdə ortaya hansısa anlaşma sənədi çıxmalıdır. Çünki bu, artıq ikinci belə marafondur”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, əgər bu dəfə də imzalanacaq sənəd olmasa, ciddi razılaşmalar baş verməsə, bu işə mane olan tərəf Vaşinqtonun qəzəbinə tuş gələcək:

“Hələlik görünən odur ki, razılaşmalara mane olan Ermənistan tərəfidir. Zatən, bu ölkənin, şirkətlərinin adı Rusiyaya yardımla bağlə sanksiyalara düşüb, düşür, sülhə də mane olsalar, daha ciddi təzyiqlə qarşılaşacaqlar.

Azərbaycanın danışıqlarda “yumşaq qarnı” isə Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların inteqrasiyası və təhlükəsizlik zəmanəti ilə bağlıdır.

Hesab edirəm ki, gecikmədən inteqrasiyanın “yol xəritəsi”nin ən azı tezisləri açıqlanmalıdır. “Yol xəritəsi” yeni Konstitusiya dəyişikliklərindən, yerli özünüidarəetmə, mer institutunun yaradılmasından, 14 iqtisadi rayonun inzibati-ərazi vahidinə çevrilməsindən və sairdən keçir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər