"Fransada azərbaycanlı jurnalistlərə hücumu qətiyyətlə pisləyirik. Jurnalistlərə qarşı törədilən bu hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik".
Teleqraf.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabındakı paylaşımında qeyd olunub.
Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.