Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın Rusiya tərəfinin vaxtından əvvəl Laçının üç kəndinin Azərbaycana təhvil verilməsini tələb etməsi barədə açıqlamasına reaksiya verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə mətbuat konfransında erməni jurnalistin sualına cavab verərkən danışıb.
“Mən o açıqlamalarla tanış deyiləm və belə bir məmur tanımıram. Ona görə də bunu şərh edə bilmərəm. Üçtərəfli saziş əsasında Laçın dəhlizinin marşrutu dəyişdirilib”, - Zaxarova vurğulayıb.