Ötən gün internetdə Rusiya sülhməramlılarının Həkəri körpüsünün girişində yerləşdirilmiş Azərbaycan bayrağına qarşı sayğısızlığının və təxribat xarakterli davranışlarının görüntüləri yayılıb.
Teleqraf.com xəbər verir ki, videonun nə vaxt çəkildiyi, Həkəri körpüsündə yeni insident olub-olmadığı barədə məlumat verilməyib.
Ermənistanın “Joqovurd” qəzeti yazır ki, video yeni deyil, iyunun 15-də çəkilib.
Həmin gün Ermənistan hərbçiləri Azərbaycanın mövqelərinə qarşı təxribat törədiblər. Təxribatçıların ərazilərimizə doğru irəliləmək cəhdi hərbçilərimiz tərəfindən dayandırılıb. İtki verən erməni diversiya qrupu geri çəkilib.