Fransada səfərdə olan Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan ərazisində (Qarabağda) separatizmə açıq dəstək ifadə olunub.
Həmsöhbətlər Fransa Senat tərəfindən qəbul edilmiş bədnam “dağlıq qarabağ respublikasının tanınması”, “Azərbaycana qarşı sanksiyaların tətbiqi” və Azərbaycan qoşunlarının dərhal ərazidən çıxarılması” qətnamələrinə istinad ediblər.
Simonyan Qarabağ erməniləri ilə bağlı son separatçı çağırışına görə də Larşeyə təşəkkürünü bildirib. Fransa Senatının sədri məlum çağırışında Qarabağ ermənilərinin “qırğın riski” ilə üzləşdiklərini iddia edir.
Larşe erməni spikerə cavabında həyasızlıqla bildirib ki, onun heç vaxt açıq məktublar imzalamaq vərdişi olmayıb, amma o, Ermənistan və Qarabağ erməniləri (əslində separatçıları) ilə bağlı açıq məktubu ilk imzalayanlardan biridir. Senat sədri Ermənistanı bütün mümkün vasitələrlə dəstəkləməyə hazır olduğunu söyləyib.