“Türkiyə Azərbaycanda hərbi bazalarını yerləşdirməyə hazırlaşır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Onun iddiasına görə, Rusiya-Türkiyə anlaşması pozulmağa başlayıb:
“Türkiyə “Azov” komandirlərini Ukraynaya təhvil verdi. İndi də Türkiyədən Ukraynaya ağır artilleriyanın göndərilməsi, “Bayraktar” zavodunun inşası imkanları müzakirə olunur. Üstəgəl, Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verdi, həmçinin Azərbaycanda üç hərbi bazasını yerləşdirməyə hazırlaşır. Bunlardan biri Xəzər dənizinin sahilində olacaq. Bayden isə Türkiyəyə F-16 sözü verib”, - Danielyen bildirib.