Türkiyədə son prezident seçkilərində ATA İttifaqının prezidentliyə namizədi, Azərbaycan əsilli siyasətçi Sinan Oğan hərbi xidmətdə Tarkanla əsgər yoldaşı olduğu üzə çıxıb.
Teleqraf.com "Cümhuriyyət"ə istinadla xəbər verir ki, Tvitterdə siyasətçi ilə müğənninin birgə hərbi xidmətdən fotosu yayılıb.
Ömər Tvitter istifadəçisi atasının əsgərlik fotosunu paylaşaraq "Atam, Sinan Oğan və Tarkanla eyni bölükdə idi" yazıb.
Daha sonra yeni paylaşım edən Ömer adlı istifadəçi "Tarixləri bilmirəm, amma burda uzun müddətdən sonra ilk dəfədir ki, ödənişli hərbi xidmət tətbiq edilirdi. Ona görə də çalışan və xeyli müddətdir gözləyən hər kəs bu müddətdə ödənişli hərbi xidmətdə olub", - qeyd edib.