23 İyul 2023 01:00
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Teleqraf.com xəbər verir ki, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Hazırda Kəlbəcər hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər