15 Avqust 2023 13:11
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Beynəlxalq İnkişaf Əməkdaşlıq Təşkilatı Qarabağdan Ermənistana köçmüş 1000 nəfərə dəstək verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın Rusiyadakı səfirliyinin sosial şəbəkədəki səhifəsində erməni dilində məlumat verilib.

Məlumatda deyilir ki, İspaniya Beynəlxalq İnkişaf Əməkdaşlıq Təşkilatı (AECID) “Dağlıq Qarabağ münaqişəsi” səbəbindən Ermənistanda “məcburi köçkün” vəziyyətinə düşmüş 1000 nəfərə kömək etmək üçün “Biz aclığa qarşı mübarizə aparırıq” “humanitar aksiya”sını aktivləşdirir.

Separatçı layihə çərçivəsində 250-yə yaxın ailəyə “maddi, psixoloji və sosial dəstək” veriləcək.

İki bölgəsində (Kataloniya və Bask) separatizmin tüğyan etdiyi İspaniyanın Azərbaycana qarşı qərəzi, ermənilərin yaratdıqları "humanitar şou"da yer alması anlaşılan deyil. Zaman-zaman ispan siyasilərinin adları erməni separatçıları ilə birgə hallanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər