16 Avqust 2023 16:20
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırkı vəziyyətdə Ermənistanla Azərbaycan arasında sülh mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyil.

Ekspert prosesin sülh gündəmindən uzaqlaşaraq açıq qarşıdurma müstəvisinə keçdiyini söyləyib:

“Laçın yolunun başlanğıcına yaxın ərazidə yüklə dolu nəqliyyat vasitələrinin gözləmə mövqeyində dayanması, Qarabağda separatçıların hərbi texnikaları bir məntəqədən başqasına daşımaları, səngərlərin qazılması, erməni diasporunun müxtəlif ölkələrdə başlatdıqları “etiraz aksiyaları”, ermənipərəst konqresmenlərin təxribatçı açıqlama və müraciətləri və BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələr – bütün bunlar vahid ssenarinin müxtəlif bəndləridir. Sanki xarici ölkələrdən birində yerləşən böyük beyin mərkəzlərindən birinə “Azərbaycanı necə geri addım atmağa məcbur edə bilərik” mövzusunda fəaliyyət planı hazırlamaq sifarişi verilib.

Bu riskli planı hazırlayanlar faktiki erməniləri Azərbaycanla növbəti qarşıdurmaya və itkilərə sürükləyirlər. Bu vəziyyətdə sülh mümkün deyil. İkinci Qarabağ Müharibəsində üzləşdikləri ağır məğlubiyyət ermənilərin əskəriyyətini ağıllandırmayıb, reallığı qəbul etmək istəməyərək Azərbaycana qarşı təzyiqlə nəsə əldə edəcəklərini düşünürlər. Bu gözlənilən idi, ermənilər tarixən bu yolla gediblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər