Xankəndidəki separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan Azərbaycanın mərkəzi hakimiyyəti ilə birbaşa dialoqun yaranmasına çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşrin iddiasına görə, Babayan qondarma rejimi Bakı ilə birbaşa dialoqa getməyə inandırmaqda davam edir. “Hraparak” Qarabağ ermənilərinin gələcək taleyinin necə olacağının və bu yöndə qaldırdıqları hay-küyün rusların vecinə olmadığını bildirir.
Qəzet bu planın əslində Ermənistan Baş naziri Nikol Paşinyana aid olduğunu iddia edir:
“Samvel Babayan birbaşa dialoqa nail olmaq üçün son vaxtlar hətta Nikol Paşinyanı da kəskin tənqid etməyə başlayıb ki, onun təkliflərini Ermənistan baş naziri və komandasına aid etməsinlər. O, Paşinyanla yanaşı, rusları da tənqid etməyə başlayıb”.