18 Avqust 2023 16:11
1 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində saxlanılan Vaqif Xaçatryan yaxın zamanda məhkəmə məsuliyyətinə cəlb ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda Vaqif Xaçatryanın barəsindəki cinayət işinin ibtidai istintaqı aparılır, cinayət hadisəsinin hüquq qarşısında olan hissəsi qısa müddətdə yekunlaşdırılaraq məhkəmə məsuliyyətinə veriləcək.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər