“Bəzi Qərb dövlətlərinin xarici işlər nazirləri Cənubi Qafqazdakı durumdan xəbərsizdirlər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert Kanada xarici işlər nazirinin Azərbaycan əleyhinə açıqlamasına diqqət çəkib:
“İnsanda belə bir təəssürat yaranır ki, bir sıra Qərb ölkələrinin diplomatları təkcə regional siyasətin tərkib hissələrindən xəbərsiz deyillər, onlar həm də diplomatiyanın nə olduğunu belə bilmirlər. Bəziləri sanki sırf “püşk”lə və ya təsadüfən hökumət formalaşdırılarkən vəzifə tutublar. Məsələn, bu təsadüflərdən biri nəticəsində Kanada xarici işlər naziri olmuş bu xanım (Melani Coli) ən aşağı həddi belə keçərək bildirib ki, ölkəsinin regionda çox mühüm diplomatik rol oynaması vacibdir, çünki region və xüsusən də ermənilər (Qarabağ separatçıları) “real təhdid”lə üz-üzədirlər.
Bəyanatlarınızla məhz bu regionun aparıcı ölkəsi ilə - Azərbaycanla normal dialoq üçün heç bir fürsət buraxmırsınızsa, regionda necə “mühüm rol” oynaya bilərsiniz?”