27 Avqust 2023 00:46
6 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər.

Teleqraf.com xəbər verir ki, görüş zamanı dövlət başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə irad bildirib.

Çay kənarına çəkilən istinad divarı ilə bağlı öz irad və təkliflərini bildirən Prezident insanların çaya yaxınlaşması üçün pilləkənlərin tikilməsinin vacibliyini bildirib.

“Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları ki, belə pilləkən düzəldin, yaxud da belə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər” - Prezident bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər