7 Sentyabr 2023 10:07
11 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın mümkün qərarlarına qarşı Rusiyanın hərbi-siyasi addımlarının məntiqini işləyib hazırlamaq lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

Ekspert Ermənistanın Rusiyaya qarşı atdığı addımlara diqqət çəkib:

“Moskva İrəvanla siyasi çəkişməyə girməməlidir, çünki biz nə lazımdırsa, onu da demişik. İndi özünə hörmət etməlisən. Əgər Paşinyan və yaxın ətrafı Rusiyaya qarşı kobudluq edirsə, ölkəmizi və onun rəsmilərini təhqir edirsə, biz bunu nəzərə alırıq və nəticə çıxarırıq.

Moskva ilə Bakı, Tehran və Ankara arasında təcili qapalı hərbi-siyasi məsləhətləşmələrə ehtiyac var. Rusiya, Azərbaycan, İran və Türkiyə regionda (Ermənistan ərazisində) ABŞ və Fransa hərbi bazalarının, eləcə də NATO və Avropa Birliyinə üzv olan digər ölkələrin hərbi kontingentinin görünməsində qətiyyən maraqlı deyil.

Erməni silahlılarının, həmçinin separatçı - qeyri-qanuni silahlı birləşmələrin Rusiya və Azərbaycanı sıxışdırmaq məqsədilə Qarabağda rus sülhməramlılarına qarşı təxribatları mümkündür.

Vladimir Putin və İlham Əliyev lazım gələrsə, müəyyən məsələləri şəxsən müzakirə edə bilər, bunu mediaya məlumat vermədən də etmək olar.

Rusiya Erməniləri Təşkilatı İrəvana nümayəndə heyəti göndərərək Paşinyanın KTMT-dən çıxmaması və ABŞ-Ermənistan hərbi təlimlərinin ləğvini tələb etmək üçün onunla görüşməlidir. Rusiya Erməniləri İttifaqı da bəyan etməlidir ki, Kremlin siyasətini tam və hərtərəfli dəstəkləyir və bu təşkilatın üzvləri üçün Rusiyanın maraqları birinci, üçüncü dövlətlərin maraqları ikinci dərəcəlidir.

Fransa və ABŞ-ın erməni diasporları Rusiyaya qarşı qeyri-dost subyektlərdir.

Paşinyanın Ermənistanın KTMT-dən çıxması və Moskva ilə müttəfiqlik əlaqələrinə xitam verməsi barədə bəyanat verəcəyi ehtimalına qarşı Rusiyanın hərbi-siyasi addımlarının məntiqini işləyib hazırlamaq lazımdır. Mümkün mənfi təsirləri minimuma endirmək üçün bu indi edilməlidir”.

Korotçenko Paşinyan və arxasında dayanan Qərb dövlətlərinin məqsədlərinin Şimal-Cənub dəhlizinin normal fəaliyyətini pozmaq üçün Cənubi Qafqaz regionunu müharibəyə sürükləmək olduğunu iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər