“İran İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) şimal-qərb sərhədlərinə hərbi yüklər göndərir.
Teleqraf.com xəbər verir ki, SEPAH-a yaxınlığı ilə tanınan “Təsnim” xəbər agentliyi hərbi daşınmanın görüntülərini yayımlayıb.
Videoda bölgəyə tanklar və uzaqmənzilli artilleriya göndərildiyi görünür.
Daşınmalar PKK terror təşkilatının İran qanadı PJAK-la mübarizə adı altında həyata keçirilir.
“İranın Kürdüstan bölgəsindəki separatçı terror qruplaşmalarını tərksilah etmək üçün İraqa verilən ultimatumdan (28 sentyabr) sonra vətəndaşlardan daxil olan bəzi məlumatlar və videogörüntülər SEPAH-ın quru qüvvələrinin öz zirehli texnikasının bir hissəsini ora göndərdiyini göstərir”, - məlumatda deyilir.