“Əvvəlki fikrimi yenə təkrarlayıram: Ermənistan tezliklə məhv olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Modest Kolerov deyib.
“Bundan əvvəl Ermənistanın tezliklə məhv olacağını proqnozlaşdırmışdım, indi də həmin proqnozda israrlıyam. Ermənistanın indiki hakimiyyətinin bugünkü bəyanatları və hərəkətləri, Rusiya ilə münasibətləri korlaması Ermənistanı birbaşa məhvə aparır. Ermənistan dövlətçiliyi bu gün ciddi təhlükə qarşısındadır”, - ekspert bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyanın etdikləri dəhşətli, dağıdıcı və təhlükəlidir.
“Ermənistanda hər gün anti-Rusiya əhval-ruhiyyəsi artır. Bu, uğursuz Nikol Paşinyan hökumətinin son səylərinin nəticəsidir. Nikol Paşinyanın Ermənistanı məğlub oldu. Anti-Rusiya əhval-ruhiyyəsi də buna sübutdur. Bu durumda Qarabağdan danışmağa ehtiyac yoxdur. Nikol Paşinyan Qarabağı müstəsna olaraq Azərbaycanın bir hissəsi kimi görür”, - Kolerov bildirib.